Mingəçevir Dövlət Universitetində “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək
08.10.2021 / XəbərlərHörmətli Həmkarlar!
10-11 dekabr 2021-ci il tarixlərində Mingəçevir Dövlət Universitetində “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir. Sizləri konfranda iştirak etməyə dəvət edirik.
Əlavə məlumat üçün linkə keçid edə bilərsiniz.
Konfransın bölmələri:
- Təbiət və texnika bölməsi;
- İqtisadiyyat və idarəetmə bölməsi;
- Təhsil və humanitar bölmə.
Konfransın istiqamətləri:
- Təhsilin humanistləşdirilməsində qlobal trendlər: insan amili və informasiya-kommunikasiya
texnologiyalarına əsaslanan elmi etika;
- Təhsil sahəsində milli və beynəlxalq təcrübənin inteqrativ inkişafı problemləri;
- Müasir dünya ədəbiyyatında əxlaqi-mənəvi dəyərlər: tolerantlığın və birgəyaşayış qaydalarının
təbliği;
- Dünyanın müasir dil mənzərəsi: sosial və linqvistik məsələlər;
- Qlobal ideoloji-siyasi trendlər və münaqişəli cəmiyyətin müasir xarakteri;
- Mədəniyyətlərarası kommunikasiya: ictimai-psixoloji, etik və koqnitiv aspektlər,
mədəniyyətlərin qarşılıqlı təsiri;
- Müasir türk dünyası: ümumi tendensiyalar və yeni hədəflər;
- Qarabağın qədim, orta əsrlər və müasir tarixi dünya mədəni irsinin öyrənilməsi və qorunması
kontekstində;
- 44 günlük Vətən müharibəsi: tarixi ədalətin qələbəsi və beynəlxalq hüququn bərpası;
- Qafqaz regionunda beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpası: problemlər
və perspektivlər;
- Avropa və Asiya arasında əsas tranzit xəttin yaranmasında Zəngəzur dəhlizinin rolu və
əhəmiyyəti;
- Davamlı və dayanıqlı iqtisadi inkişafın qlobal trendləri;
- Dünyanın yeni xəritəsi: regionların tarazlı inkişafı;
- Dünya enerji sektorunun inkişafında müasir tendensiyalar;
- Qlobal ekoloji dayanıqlığın təmini: problemlər və perspektivlər;
- Turizmin inkişaf perspektivləri: beynəlxalq təcrübə və rəqabət;
- Postpandemiya dövründə dördüncü sənaye inqilabının inkişaf perspektivləri;
- Dünya elminin və iqtisadiyyatının inkişafında Lütfi Zadə nəzəriyyələrinin rolu;
- Davamlı inkişafda informasiya texnologiyalarının rolu.