
Dissertasiya şurasının elmi seminarının iclası keçirilmişdir

19 oktyabr 2021-ci il tarixində AMEA İdarəetmə Sistemləri institutunda fəaliyyət göstərən ED 1.19 Dissertasiya şurasının elmi seminarında iddiaçı Elbrus Məlik oğlu Neymanovun 1208.01 – “Ehtimal nəzəriyyəsi” ixtisası üzrə “ Mürəkkəb cəm proseslərinin və onların sərhəd funksionallarının paylanmalarının tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsi kecirilmişdir.
Dissertasiya işi müdafiə şurasının qərarı ilə növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilmişdir.
Qeyd edək ki, müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər”ə əsasən onlayn formatda keçirilmişdir.