AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

NASA 100 il ərzində davam edəcək Interstellar adlı kosmik missiya üzərində çalışır

01.11.2021 / Xəbərlər

Demək olar yarım əsr bundan öncə kosmosa göndərilmiş Voyager kosmik aparatları ulduzlararası məkana (Interstellar medium) çata biliblər. Halbu ki, ilk əvvəl heç kim güman etmirdi ki, sözügedən kosmik aparatların missiyaları bu qədər uzunmüddətli olacaq. Lakin gec-tez Voyager-lər sıradan çıxacaqlar. Mühəndislərin hesablamalarına əsasən bu, 2031-ci ildə baş verəcək. Buna görə də NASA agentliyi onları əvəz etmək istəyir. Bu dəfə ulduzlararası missiya əvvəlcədən uzunmüddətli olaraq planlaşdırılacaq. Bu səbəbdən də Con Hopkins adına Tətbiqi Fizika Laboratoriyasının mütəxəssislərinə yeni kosmik aparatın hazırlanması həvalə olunub.

Mütəxəssislərin sözlərinə əsasən yaradılacaq kosmik aparat 100 il ərzində çalışa biləcək. 1970-ci illərdə Voyager kosmik aparatları (Voyager-1 və Voyager-2) Yer kürəsini tərk edən zaman güman olunurdu ki, onların missiyaları cəmi 5 il müddətinə mümkün olacaq. Lakin bu kosmik aparatlar Yupiter və Saturna çatdıqdan sonra da çalışmağa davam etmişdilər. Həmin vaxtda NASA mühəndisləri bu kosmik aparatların uçuşlarını Uran və Neptuna kimi uzatmaq qərarına gəlmişdilər. Lakin həmin qərardan demək olar 50 il sonra da Voyager-lər öz missiyalarını davam etdirirlər.

NASA-nın Interstellar Probe adlı yeni layihəsi 2030-cu illərdə start götürə bilər. Verilmiş məlumata əsasən bu layihə çərçivəsində yaradılacaq kosmik aparat indiyənə kimi insan tərəfindən yaradılmış aparatlar ilə müqayisədə daha sürətlə və daha uzun məsafəyə səyahət edə biləcək. Onun tapşırıqları arasında 130 ədəd karlik planetin müşahidəsi var. Alimlərin fikirlərinə əsasən həmin karlik planetlər buz şəklində okeanlara sahib ola bilərlər. “Interstellar aparatı insanlığın heç zaman olmadığı bilinməyən ulduzlararası məkana yollanacaq. İlk dəfə olaraq biz, Günəş sisteminin xaricindən heliosferin fotosunu çəkə və bizim Günəş sistemimizin necə göründüyünü görə biləcəyik” - deyə mütəxəssislərdən biri qeyd edib. İlkin planlara əsasən yeni kosmik aparat  Voyager-1-dən 2 dəfə daha sürətlə hərəkət edə biləcək.

Interstellar adlı missiya NASA-nın və digər kosmik agentliklərin indiyənə kimi reallaşdırdıqları layihələrdən bir özəllik ilə fərqlənir. Belə ki, missiyanın zaman miqyası o qədər böyükdür ki, onunla alimlərdən ibarət bir neçə nəsil məşğul olacaq. Bu cür faktor isə mühəndislərin qarşılarına yeni problemlər çıxardır. Məsələn elə eləmək lazımdır ki, hətta növbəti nəsil mühəndislər də aparatın proqram kodunu anlaya bilsinlər və hətta 100 ildən sonra mövcud ola biləcək problem zamanı kosmik aparatı uzaqdan bərpa edə bilsinlər. Sözügedən missiyanın hələ planlama mərhələsində olmasına baxmayaraq mühəndislər artıq indidən kosmik aparata hansı məlumatların yerləşdirilməsi barəsində düşünürlər. Qeyd etmək lazımdır ki, hər bir Voyager aparatı yağış səslərinin və hətta Bethoven ilə Motsart kimi bəstəkarların əsərlərinin müəyyən hissələrini özündə birləşdirirdi. Buna bənzər bir şeyi həmçinin Interstellar aparatı ilə də etmək istəyirlər.

technote.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
  • 03.12.2025
    “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri” adlı Beynəlxalq Simpozium keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi