Dissertasiya şurasının növbəti iclası keçirildi
27.01.2012 / Dissertasiya şurasının iclasları27 yanvar 2012-ci ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasında riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirilmişdir.
İddiaçının Soyadı, Adı, Atasının adı: Qəhrəmanov Polad Fərrux oğlu
Dissertasiya işinin adı: "İkifazalı sistemlərdə hidrodinamik və istilik kütlə mübadilə proseslərinin riyazi modelləşdirilməsi”
İxtisas şifri və adı: 05.13.18 "Riyazi modelləşdirmə, ədədi üsullar və proqramm kompleksləri”
Elmi rəhbər: t.e.d., prof. İsmayılov Rasim Şirin oğlu
Sonda dissertasiya işi müsbət qiymətləndirilib.