Dissertasiya şurasının elmi seminarının iclası keçirilmişdir
03.11.2021 / Dissertasiya şurasının iclasları2 noyabr 2021-ci il tarixində AMEA İdarəetmə Sistemləri institutunda fəaliyyət göstərən D1.20 Dissertasiya şurasının 3338.01 “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə elmi seminarının iclasında iddiaçı:
Səbziyev Elxan Nəriman oğlunun Texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə yerinə yetirdiyi «Uçan obyektlərin avtonom naviqasiya məlumatları əsasında idarə olunması üçün metodların, alqoritmlərin işlənilməsi və tətbiqi» mövzusunda təqdim edilən dissertasiya işinin müzakirəsi keçirimişdir.
Dissertasiya işi müdafiə şurasının qərarı ilə növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilmişdir.
Qeyd edək ki, müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər”ə əsasən onlayn formatda keçirilmişdir.