AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycanlı alimlərin adları dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib

04.11.2021 / Xəbərlər

Azərbaycanlı elm adamlarının adları Hollandiyanın elmi, texniki və tibbi məzmunda ixtisaslaşmış “Elsevier” nəşriyyat şirkəti tərəfindən dərc edilən “Dünyanın ən nüfuzlu alimləri”nin son siyahısına daxil edilib. Siyahı ABŞ-ın Stenford Universitetinin alimləri tərəfindən tərtib olunub.

“Karyera boyu təsir” və “İllik təsir” kateqoriyaları üzrə hazırlanan siyahıda alimlərin ixtisaslı nəşrlərinin sayı, bu məqalələrin dərc olunduğu mətbu orqanın dünyada vacibliyi, alimlər tərəfindən alınan patentlərin miqdarı kimi bir çox amillər əsas götürülüb.

İlk dəfə olaraq öz sahəsində dünyanın ən nüfuzlu yüz alimi sırasına həmyerlimiz, Türkiyənin Süleyman Dəmirəl Universitetinin professoru Abdulla Sofiyevin adı daxil edilib. İstanbul Texniki Universitetinin professoru Çingiz Hacıyevin adı isə siyahıda ən nüfuzlu 500 alim sırasında yer alır.

Siyahının “Karyera boyu təsir” hissəsində qiymətləndirilənlər sırasına Abdulla Sofiyev və Çingiz Hacıyevlə yanaşı, Təhmasib Əliyev (Türkiyənin Orta Doğu Texniki Universiteti), Əlikram Əliyev (Yüzyıl Universiteti), Hüseyn Hüseynov (Atılım Universiteti), AMEA-nın müxbir üzvü Surxay Əkbərov (Yıldız Texniki Universiteti) olmaqla qardaş ölkədə fəaliyyət göstərən altı azərbaycanlı professorun adı daxil edilib. Ümumilikdə 186 min 177 nəfərin adının yer aldığı bölüm dünya alimlərinin karyeralarının təhlili və son beş il ərzində onlar tərəfindən nəşr olunan əsərlərin dünyada təsirini özündə əks etdirir.

Siyahının “İllik təsir” kateqoriyasında da Abdulla Sofiyev, Təhmasib Əliyev, Çingiz Hacıyev, həmçinin qardaş ölkənin Bilkent Universitetinin dosenti Seymur Cahangirov, Orta Doğu Texniki Universitetinin professoru Nizami Həsənli və İstanbul Texniki Universitetinin professoru Elimhan Mahmudov olmaqla altı həmvətənimizin adı yer alır. Bu bölümdə dünya üzrə ümumilikdə 190 min 63 elm adamının öz sahəsi üzrə fəaliyyəti qiymətləndirilib.

Qeyd edək ki, siyahılardakı adlar alimlərin fəaliyyətlərinə görə əldə edilən göstəricilərə əsasən sıralanıb.
science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi