AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“II Qarabağ beynəlxalq sosial və bəşəri elmlərdə müasir araşdırmalar” konfransı keçirilib

11.11.2021 / Xəbərlər

AMEA-nın Folklor İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Qafqazşünaslıq İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Mərkəzi Elmi Kitabxanası Azərbaycan Dövlət Pedaqoji Universiteti və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Zəfər Günü və şəhidlərin xatirəsinə həsr olunmuş “II Qarabağ beynəlxalq sosial və bəşəri elmlərdə müasir araşdırmalar” konfransı keçirilib.

Tədbiri İKSAD rəhbəri prof. Dr. Mustafa Lətif Əmək açaraq böyük lider Atatürkün vəfatının 83-cü ildönümünü sevgi, sayğı və rəhmətlə anıb, Qarabağ zəfərinin birinci ildönümündə keçirilən bu tədbirin əhəmiyyətindən bəhs edib.

Sonra çıxış edən AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov ölməz lider Atatürkün vəfat ildönümünü hörmət və rəhmətlə yad etdikdən sonra bildirib ki, Türkiyə və Azərbaycanın qardaşlığı 44 günlük savaşda özünü açıq-aşkar göstərmiş oldu. O, konfransın adındakı “Qarabağ” kəlməsinin rəmzi məna daşıdığını diqqətə çatdıraraq, bu savaşı təkcə Azərbaycanın ərazi bütövlüyü uğrunda deyil, həm də türk dünyasının bötövlüyü uğrunda Türkiyə və Azərbaycanın birgə mübarizəsi kimi dəyərləndirib. Muxtar İmanov konfransda müxtəlif sahələri əhatə edəcək çıxışların yer almasını təqdirəlayiq hal hesab edib, elm adamlarının öz tədqiqatları ilə bu böyük mücadiləyə dəstək vermiş olduqlarını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən konfransın təşkilat qurumunun rəhbəri, Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlı Birinci Qarabağ savaşında Azərbaycanın məğlubiyyətinin səbəbləri barədə danışıb. O, geosiyasi, iqtisadi, dini və s. cəhətlərdən marağı olan müxtəlif dövlətlərin bu müharibədən Azərbaycana qarşı bir təzyiq aləti kimi istifadə etdiklərini vurğulayıb. Ramazan Qafarlı ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə vəziyyətin kökündən dəyişdiyini, əsrin kontraktının imzalandığını, ordu quruculuğuna başlandığını və düzgün xarici siyasət aparıldığını diqqətə çatdırıb. Alim çıxışının sonunda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Qarabağın tacı sayılan Şuşa şəhəri başda olmaqla işğal altında olan bütün Vətən torpaqlarını azad etdiyini fəxrlə qeyd edib, qələbənin ildönümü münasibəti ilə bütün konfrans iştirakçılarına təbriklərini çatdırıb və konfransın işində uğurlar arzulayıb.

AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev isə çıxışı zamanı Azərbaycanda ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə əsası qoyulan ordu quruculuğundan, ölkəmizin dünya dövlətləri ilə əlaqələrindən, bu gün Azərbaycanın inkişaf etmiş güclü bir dövlət olduğundan da bəhs edib.

Sonra söz alan Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) Azərbaycan üzrə koordinatoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Əlvan Cəfərov konfransın təşkilində dəstək göstərən aidiyyatı qurumlara, eləcə də bütün konfrans iştirakçılarına təşəkkürünü ifadə edib, onları Zəfər Günü münasibəti ilə təbrik edib, eləcə də konfransın fəaliyyətində uğurlar arzulayıb.

Açılış mərasiminin sonunda Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) rəhbəri prof. Dr. Mustafa Lətif Əmək çıxış edərək Qarabağın uzun illər işğal altında olduğunu və əhalisinin ermənilər tərəfindən görünməmiş zülmlərə məruz qaldığını diqqətə çatdırıb. O, bu savaşda Azərbaycanın mülkü vətəndaşlarının, əsasən, uşaq, qadın və yaşlıların hədəfə alındıqlarına diqqət çəkərək, erməni qəsbkarlarının bu cür vəhşiliklərinin əsrlər boyu davam etdiyini də təəssüf hissi ilə ifadə edib.

Açılış mərasimindən sonra konfrans öz işini on bir bölmədə yüzdən artıq məruzəçi ilə davam etdirib. Sonda konfrans iştirakçıları sertifikatla təltif ediliblər.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi