AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

MEK tərəfindən tərtib edilən biblioqrafik göstərici oxucuların istifadəsinə verilib

12.11.2021 / Xəbərlər

Azərbaycan ordusunun 27 sentyabr 2020-ci  ildə işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə tarixin yaddaşına qızıl hərflərlə yazıldı. Ordumuzun 44 gün davam edən döyüş əməliyyatları noyabrın 8-də düşmənin 30 illik işğalına son qoydu, Qarabağın səmalarında cövlan edən nigaran şəhid ruhları öz rahatlığına, azadlığına qovuşdu.

İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə müjdəli xəbərlər xalqın dövlət başçısına, rəşadətli ordumuza inamını gücləndirdi. Xalq, millət, ordu və Ali Baş Komandan bir yumruq kimi birləşdi.

44 gün ərzində Azərbaycanın informasiya orqanları da bir əsgər kimi ordu ilə çiyin-çiyinə informasiya müharibəsinə qoşularaq, dövlətimizin, ordumuzun cəbhədəki qələbələrini işıqlandırdı, bütün dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa çalışdı. Bütün informasiya mərkəzləri, ziyalılar da bu savaşa öz töhfələrini verirdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi ilə əldə olunan bu Zəfər alimlərimizin və ziyalılarımızın, ədəbi aləmin də diqqət mərkəzində oldu.

Möhtəşəm qələbəmizin bir illiyini qeyd etdiyimiz bu günlərdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstərici oxucuların istifadəsinə verilmişdir. Biblioqrafik göstərici AMEA-nın prezidenti,  akademik Ramiz Mehdiyevin 29 sentyabr 2021-ci il tarixli sərəncamına əsasən nəşr olunmuşdur. Göstəricinin redaktoru AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev, ixtisas redaktoru Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçiləri kitabxananın Avtomatlaşdırma və proqram təminatı şöbəsinin müdiri Natəvan Hacıyeva və həmin şöbənin əməkdaşları Aygün Əliyeva, Əsmər Salalı, Leylibəyim Mirseyidlidir.

Biblioqrafik göstərici 44 günlük İkinci Qarabağ müharibəsinə həsr edilmiş dövri mətbuat materialları əsasında tərtib olunmuşdur. Rus və Azərbaycan dillərində materialları əhatə edən biblioqrafik göstərici tarixçilər, tədqiqatçı alimlər və kitabxanaçılar üçün nəzərdə tutulmuşdur.  

236 səhifədən ibarət olan və özündə 1819 analitik yazını əks etdirən göstəricidə Ali Baş Komandanın bəyanatları, çıxışları, müsahibələri, müraciətləri, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin bəyanatları, çıxışları, AMEA Rəyasət Heyətinin bəyanatları, həmçinin çoxsaylı müəlliflərin məqalələri xronoloji ardıcıllıqla verilmişdir.

Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə kitabın sonunda köməkçi aparat-müəlliflərin əlifba göstəricisi verilmişdir.

44 günlük Vətən müharibəsinə müxtəlif aspektlərdən işıq salan mənbələrin toplandığı bu göstərici zəfərimizin miqyasının doğru-düzgün araşdırılmasında və gələcək nəsillərə çatdırılmasında dəyərli mənbə olacaqdır.

Şəhla Tahirqızı, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent

science.gov.az

Tweet
ELANLAR
  • 03.03.2026
    07–08 may 2026-cı il tarixlərində “Magistrantların XV Regional konfransı” keçiriləcək
  • 03.03.2026
    “8 Mart” Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçiriləcək
  • 03.03.2026
    14–15 may 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universiteti “Süni intellekt: nəzəriyyədən praktikaya” III Beynəlxalq Elmi Konfransı keçiriləcək
  • 02.03.2026
    4 mart 2026-cı il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Ümuminstitut Seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi