Saytın xəritəsi
AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • KADR HAZIRLIĞI
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
    • Sərgi zalı
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

YT Park qarşısına qoyulan strateji vəzifələrin həyata keçirilməsi istiqamətində uğurla çalışır

16.11.2021 / Xəbərlər

Son illər Yüksək Texnologiyalar Parkında (YT Park) AMEA rəhbərliyinin birbaşa dəstəyi ilə geniş islahatlar həyata keçirilir, innovativ layihələr icra olunur, şəffaf mühit formalaşdırılır. Texnoparka yeni rezidentlərin qəbul olunması, erkən inkişaf mərhələsində olan startapların dəstəklənməsi bu qurumun fəaliyyətinin daha səmərəli təşkilinə imkan verir.

YT Park 5 illik fəaliyyəti dövründə elm-dövlət-sənaye əməkdaşlığının təmin edilməsi və elmin kommersiyalaşdırılması vasitəsilə milli iqtisadi inkişafa mühüm töhfələr verib. Müəssisə qarşısına qoyulan strateji vəzifələrin həyata keçirilməsi istiqamətində uğurla çalışır.

Son bir ili əhatə edən dövr ərzində texnoparkda görülən işlərin nəticəsi olaraq, Parka ümumi investisiya məbləği 14 milyon manat olan 6 yeni rezident – “Bakı Polimer İstehsalat” MMC, “Dadaş-N” MMC, “Azcosmetics Group” MMC, “Tak Noosh Group” MMC, “Proline Chemicals” MMC, “Azoil İndustry” MMC cəlb edilib. Ümumi tikinti sahəsi 31 000 m² olan 6 rezident müəssisədə 162 yeni iş yerinin açılması planlaşdırılır. Hazırda texnoparkda ümumilikdə 12 rezident, biznes inkubasiya fəaliyyəti üzrə isə 4 rezident fəaliyyət göstərir.

Hesabat ilində texnoparkın nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzinin imkanlarından birgə istifadə etməklə təcrübə-test-sınaq işlərinin təşkilini həyata keçirmək məqsədilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC ilə “İntertek Azeri LTD” MMC arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Bununla yanaşı, YT Parkda ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla qadın sahibkarlığının inkişafını təşviq etmək və bu sahədə zəruri tədbirlər həyata keçirmək üçün əhəmiyyətli işlər görülür. Hesabat ilində Maya Səbzəliyevanın “Bitki südləri, un və əzmələrin innovativ texnologiya ilə istehsalı” innovativ layihəsi YT Parkın Biznes İnkubatorununun rezidenti statusunu əldə edib.

Fəaliyyətin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan biri də texnoparkda orta aylıq əmək haqqının 20 faizədək artırılması olub.

Hesabat dövründə, həmçinin texnoparkın rezidentlərinin fəaliyyətləri haqqında hesabat‐statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi qaydası təsdiq edilib.

Son bir ili əhatə edən dövrdə texnoparkda görülən işlərin qiymətləndirilməsi üçün “M and J Consulting” MMC tərəfindən “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin 31 dekabr 2020-ci il tarixinə olan ilkin maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan hesabat ili üzrə ilkin mənfəət və ya zərər və digər ümumi gəlirlər, ilkin kapitalda dəyişikliklər, ilkin pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas uçot siyasətinin və digər izahedici məlumatların xülasəsindən ibarət olan ilkin maliyyə hesabatlarının audit yoxlaması aparılıb. Yoxlamaların nəticələrinə əsasən, müstəqil auditorun hesabatla bağlı rəyi müsbət olub.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11 oktyabr 2021-ci il tarixli 46 nömrəli sərəncamı ilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən binalarının şəhərsalma əsaslandırılması – Baş planı təsdiq edilib.

Belə ki, Baş plan layihəsinə uyğun olaraq, AMEA Yüksək Texnologiyalar Parkı ərazisində komplektləşdirmə və abadlaşdırma fəaliyyətləri aparılmaqdadır. Rezidentlərin fəaliyyətinin tam olaraq həyata keçirilməsi üçün park ərazisində infrastruktur təkmilləşdirilmələri həyata keçirilir. Park ərazisində yerləşən 600 kv metr sahəsi olan istismar dövrü bitmiş köhnə tikilinin tam əsaslı təmiri aparılıb.

Bu istiqamətdə görülən əsas işlərdən biri isə istismar dövrünü başa vurmaq üzrə olan su və kanalizasiya xətlərinin yenilənməsi ilə birlikdə, yanğın əleyhinə su kəmərləri sisteminin çəkilməsi və hidrantların quraşdırılması, eyni zamanda perimeter üzrə elektrik xətlərinin yenilənməsi və təkmilləşdirilməsi olub. Bununla bağlı olaraq, 11 oktyabr tarixində 2 lot üzrə kotirovka sorğusu elan edilib, qaliblər müəyyən olunub.

Bundan başqa, YT Parkın ərazisində istifadə müddəti bitmiş, faydalı istifadə müddətini başa vurmuş bina və qurğular da sökülərək yeni rezidentlər üçün ərazilər genişləndirilib.

Hesabat ilində, həmçinin bir çox əhəmiyyətli layihələr icra olunub, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət edən görüşlər keçirilib, müqavilələr imzalanıb.

science.gov.az

Tweet
ELANLAR
  • 15.07.2022
    ''Endless Light in Science'' beynəlxalq elmi-praktik jurnalının növbəti sayı nəşr olunacaq
  • 28.06.2022
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
  • 24.06.2022
    Dissertasiya şurasının növbəti iclası keçiriləcək
  • 22.06.2022
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
VİDEO
HORIZON 2020
AMEA İdarəetmə Sistemləri İnstitutu Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2017-2022 AMEA İnformasiya Texnologiyaları İnstitutu