AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 80 illiyi münasibətilə biblioqrafiya kitabı nəşr edilmişdir
24.11.2021 / XəbərlərAzərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası görkəmli iqtisadçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, İdarəetmə Sistemləri İnstitutunun “İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyası”-nın müdiri, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovun 80 illiyi münasibətilə biblioqrafiya kitabı nəşr etmişdir. Kitabda alimin elmi fəaliyyəti, həyat və yaradıcılığı öz əksini tapmışdır.
Kitabla maraqlananlar Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun Kitabxanasına və Mərkəzi Elmi Kitabxanaya müraciət edə bilərlər.