
Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi

20 oktyabr 2015-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda Həsənov Pərviz Adil oğlunun texniki üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Təkrar istehsalat sistemlərində logistik proseslərin riyazi modellərinin qurulması” mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.