AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Əbədiyaşar ulu öndərimiz Heydər Əliyev” mövzusunda tədbir keçirilib

10.12.2021 / Xəbərlər

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında YAP Yasamal rayon təşkilatı, Yasamal rayon İcra Hakimiyyəti və AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar ulu öndərimiz Heydər Əliyev” mövzusunda tədbir keçirilib.

Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin büstünün üzərinə gül dəstələri düzüb, daha sonra foyedə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanan görkəmli dövlət xadiminin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar.

Tədbirin rəsmi hissəsindən öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, bu gün Azərbaycan xalqını dünyaya tanıdan, xalqımız üçün çox böyük xidmətlər göstərən, ölkəmizin adını bəşər tarixinə qızıl hərflərlə yazdıran bir şəxs, xalqımızın böyük oğlu, dahi insan, ulu öndər Heydər Əliyevin xatirəsinin işığına toplaşmışıq. O bildirib ki, biz dahi şəxsiyyət Heydər Əliyevin qurucusu olduğu güclü və müasir bir ölkə olan Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq.

Sonra  ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğulayıb ki, Heydər Əliyev həyatı boyu hansı məqamda və vəzifədə olmağından asılı olmayaraq ürəyi daim Azərbaycanla döyünüb. Elşad Həsənov qeyd edib ki, müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov isə Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. “Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcək”, - deyə o bildirib.

Daha sonra çıxış edən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qəlbində zamanla ölçülə bilməyəcək bir ömür əbədilik qazandığını bildirib.

Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov öz növbəsində qeyd edib ki, ulu öndər olmasaydı Azərbaycan adlı dövlətin mövcudluğundan, Azərbaycan xalqı olaraq mənəvi varlığımızdan söhbət belə gedə bilməzdi.

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi, millət vəkili Telman İbadov Heydər Əliyevin həyatı və fəaliyyətinin gənclərimiz üçün əsl məktəb olduğunu, hər kəsin bu məktəbdən bəhrələnməyinin vacibliyini vurğulayıb.

Tədbirin bədii hissəsində Xalq artisti Məleykə Əsədova çıxış edərək ümummilli lider Heydər Əliyevə həsr etdiyi şeirini səsləndirib, həmçinin Respublika İncəsənət Gimnaziyasının hazırladığı kompozisiya təqdim olunub.

science.gov.az

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi