Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
17.12.2013 / Dissertasiya şurasının iclasları17 dekabr 2013-cu ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Seminarda İsmaylov Bəhram İsrafil oğlunun texniki üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 3337.01 – ""İnformasiya-ölçmə və idarəetmə sistemləri” " ixtisası üzrə yerinə yetirdiyi "Hidroelektrik stansiyanın güc avadanlığının titrəyişinə nəzarət edən intellektual informasiya-ölçmə sistemi” mövzusu və Məmmədov Kamal Knyaz oğlunun riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Dəyişənlərin bir hissəsi tam qiymətlər alan bəzi xətti proqramlaşdırma məsələlərinin tədqiqi və həll üsul-larının işlənməsi” üzrə dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işləri müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.