Saytın xəritəsi
AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • İllik hesabat
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • KADR HAZIRLIĞI
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun 2021-ci il üzrə hesabat iclası keçirilib

16.12.2021 / Elmi şuranın iclasları

15 dekabr 2021-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında yekun direktor hesabatı iclası keçirilib. Tədbirdə institutun rəhbərliyi, Elmi şura üzvləri, müvafiq laboratoriya və şöbə əməkdaşları iştirak ediblər.

İclası İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq rəhbərlik etdiyi müəssisənin cari il üzrə hesabatını Elmi şura üzvlərinə təqdim edib. Cari ildə İSİ əməkdaşları tərəfindən aparılan elmi araşdırmaları dəyərləndirən akademik institutda yerinə yetirilən elmi-tədqiqat işləri və alınmış mühüm elmi nəticələr haqqında ətraflı məlumat verib.

Ə.Abbasov qeyd edib ki, il ərzində ümumilikdə 412 elmi əsərlərdən 198- i yüksək indeksli jurnallarda dərc edilmişdir. Son beş ilin ən yüksək göstəricisi olaraq cari ildə institutun müxtəlif respublika və beynəlxalq konfranslarda iştirak etmiş əməkdaşların əsərlərinə Web of Science, Google Scholar bazalarında 2143 istinad olunmuşdur.

Sonra alim tətbiq olunan elmi-tədqiqat işləri, qrantlar, təltif və mükafatlar, kadr hazırlığı barədə məlumat verib. İclasda, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, elmlə təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən əməli tədbirlər, baş tutan görüşlər, təşkil edilən konfrans və seminarlar, eləcə də elmin populyarlaşdırılması istiqamətində görülən işlərin müsbət dinamikası qeyd olunmuşdur.

Daha sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək müasir dövrdə elmi inkişafın önəmini vurğulayıb, bu istiqamətdə AMEA-da, o cümlədən İSİ-də həyata keçirilən tədqiqat işlərinin, əldə olunan elmi nəticələrin əhəmiyyətindən bəhs edib.

2021-ci il üzrə tədqim olunan hesabatı yüksək qiymətləndirən Ə.Sadıqov cari ildə İSİ-də müxtəlif qurumlarla xarici əlaqələrin, elmi əməkdaşlıqların qurulmasını təqdirəlayiq hesab edib.

Sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib. Müzakirələrdə professor Abbas Rzayev, r.e.d. İlqar Məmmədov, dosentlər Əbülfət Fətullayev, Ələkbər Axundov, Rəna Əsədova, i.ü.f.d. Aygün Əliyeva və elmi katib Zəhra Əzizova iştirak ediblər. Daha sonra açıq səsvermə keçirilərək hesabat Elmi şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Sonda akademik Əli Abbasov iclasa yekun vuraraq müvafiq tapşırıqlarını səsləndirib, növbəti ildə görüləcək işlər barədə tövsiyələrini ifadə edib.

Tweet
ELANLAR
  • 06.02.2023
    “Horizon Avropa” Proqramı üzrə Məlumat Günü keçiriləcək
  • 02.02.2023
    İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçiriləcək
  • 01.02.2023
    2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 31.01.2023
    Türkiyədə doktorantura səviyyəsi və tədqiqat sahəsi üzrə təhsil imkanı
Akademik Telman Əliyev
www.telmanaliev.az
VİDEO
HORIZON 2020
AMEA İdarəetmə Sistemləri İnstitutu Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2017-2022 AMEA İnformasiya Texnologiyaları İnstitutu