Akademik Əli Abbasovun institut əməkdaşlarına təbriki
29.12.2021 / Mühüm xəbərlərHörmətli həmkarlar!
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni 2022-ci il münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Mənəvi birliyimizin rəmzinə çevrilən bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularının təcəssümüdür.
Yeni ildə hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, firavan günlər və işlərinizdə uğurlar arzulayıram!
Hörmətlə,
Akademik Əli Abbasov
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktoru