
Dissertasiya şurasının elmi seminarının iclası keçirilmişdir

7 yanvar 2022-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdində fəaliyyət göstərən D1.20 dissertasiya şurasının 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə Elmi seminarının iclasında iddiaçı Əliyeva Arzu Qabil qızının Texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi «Ali təhsil müəssisəsinin avtomatlaşdırılmış korporativ alətinin arxitekturasının işlənməsi» mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Dissertasiya işi müdafiə şurasının qərarı ilə növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilmişdir.
Müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında keçirilmişdir.