Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
16.09.2014 / Dissertasiya şurasının iclasları16 sentyabr 2014-cü ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda Mustafayeva Sevinc Rəsul qızının texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 3337.01 – "İnformasiya ölçmə və idarəetmə sistemləri” ixtisası üzrə yerinə yetirdiyi "İnformasiya-ölçmə sistemlərində zaman sıralarının identifikasiyası və proqnozlaşdırılmasının sinergetik prinsipləri” mövzusu və Məmmədov İsrail Mehti oğlunun texniki üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 - "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Optik informasiya veriliş sistemlərinin işləmə effek-tivliyinin yüksəldilməsi üsullarının analizi və tədqiqi” mövzusu üzrə dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Sonda hər iki dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılmaları tövsiyə edilib.