
Dissertasiya işinin müdafiəsi keçirilmişdir

14 yanvar 2022-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun nəzdindəki ED 1.20 Dissertasiya şurasının iclasında Elxan Nəriman oğlu Səbziyevin 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Uçan obyektlərin avtonom naviqasiya məlumatları əsasında idarə olunması üçün metodların, alqoritmlərin işlənilməsi və tətbiqi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Sonda Dissertasiya şurasının qərarı ilə dissertasiya işinə müsbət rəy verildi.
Qeyd edək ki, müdafiə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında AMEA İSİ-də keçirildi.