AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

MEK tərəfindən “Xarıbülbül səhifələrdə” adlı virtual sərgi hazırlanıb

26.01.2022 / Mühüm xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilib. Bununla əlaqədar AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarında saxlanılan və Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri Şuşanın və Qarabağın tarixini və mədəniyyətini əks etdirən nəşrlərdən ibarət “Xarıbülbül səhifələrdə”  adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş dəyərli ədəbiyyatlar öz yerini tapıb.

Nəşrlərdən “Zəfər salnaməsi”, Elturan Avalovun “Şuşa qrafika”, Yaqub Mahmudov və Camal Mustafayevin “Şuşa Pənahabad”, Kərim Kərimlinin “Şuşalı, Şuşasız günlərim”, Pərviz Axundbəylinin “Şuşa həsrəti”, İsmayıl İsmayılovun “Azərbaycan mirvarisi Şuşa”, Vasif Quliyevin “Şuşa nəğmələri”, Zemfira Səfərovanın “Şuşa - Azərbaycanın musiqi qalasıdır”, Bahadur Eyvazovun “Şuşa kurortu”, İnqilab Kərimovun “Şuşa-Ağdam teatrı”, Yunis Hüseynovun “Şuşa şəhərinin tarixi”, Etibar Quliyev, Aytən Quliyeva və Dilqəm Quliyevin “Azərbaycan və Anadolu türklərinə qarşı soyqırım”, Lətif Qarabağlının “Şuşa və Hindistan xatirələrim”, Mirkamil Ağamirovun “Şuşa musiqi məktəbi”, eləcə də ”Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir”, “Şuşada ağlayan çiçək”, “Şuşa - Azərbaycanın mədəniyyət və tarix incisidir”, “Şuşa şəhərinə həsr olunmuş elmi konfransın materialları. 22 dekabr 2000-ci il” və digərləri yer alıb.

Təqdim olunan kitablarda Ümummilli Lider Heydər Əliyevin müxtəlif dövrlərdə Şuşa şəhərinə səfərləri, şəhərin inkişafına göstərdiyi qayğısı, diqqəti haqqında tədqiqatlar, həmçinin Ulu Öndər siyasi məktəbinin layiqli varisi Prezident İlham Əliyevin fəaliyyət xətti, liderlik keyfiyyətləri, strateji məqsədlərlə düşünmək və onlara çatmaq bacarığı, möhkəm siyasi və mənəvi mövqeyi, Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə, ölkənin inkişaf sürətinin artması və dünya miqyasında tanınması haqqında ətraflı məlumatlar öz əksini tapıb. Əsərlərdə Şuşa-Pənahabad qalasının salınması və xarici işğalçılara qarşı mübarizə tarixi, siyasi, iqtisadi, sosial inkişafı, görkəmli şəxsiyyətləri, erməni işğalının nəticələri və bir sıra digər məsələlər öz əksini tapıb. Bunlarla yanaşı nəşrlərdə Şuşanın mədəni inkişaf tarixinə də geniş yer verilib. O cümlədən nəşrlərdə, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım, deportasiya siyasəti öz əksini tapıb.

Qeyd edək ki, virtual ilə yanaşı MEK-in sərgi salonunda ilboyu davam edəcək daimi sərgi də təşkil olunub.

 

science.gov.az

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi