AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA ilə Slovakiya Elmlər Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

28.01.2022 / Mühüm xəbərlər

Yanvarın 27-də AMEA-nın Rəyasət Heyəti aparatında Azərbaycan Milli Elmlər Akademiyası ilə Slovakiya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında memorandumun imzalanma mərasimi keçirilib.

AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov Azərbaycan və Slovakiya arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin hər iki ölkənin ötən əsrin 90-cı illərində müstəqillik əldə etdikdən sonra yaranmağa və genişlənməyə başladığını bildirib, bu münasibətlərin artan xətlə davam etdiyini söyləyib, həmçinin iki dövlətin birgə həyata keçirdiyi uğurlu elmi əməkdaşlıqdan danışıb.

AMEA-nın yaranma tarixi barədə məlumat verən akademik Arif Həşimov ötən 77 il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının və alimlərimizin respublika və dünya səviyyəli bir çox uğurlara imza atdığını, hazırda da həmin tarixi ənənələrin qorunub saxlanması üçün səylə çalışdıqlarını bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasında bütün elmi təşkilatların və ali təhsil müəssisələrinin elmi tədqiqat fəaliyyətini əlaqələndirmək və istiqamətləndirmək, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirmək AMEA-nın əsas vəzifələrindəndir.

Akademik Arif Həşimov, həmçinin bu gün Akademiyada həyata keçirilən islahatlar, AMEA-nın elmi bölmələri və onların fəaliyyət istiqamətləri barədə danışıb, AMEA ilə Slovakiya Elmlər Akademiyası arasında birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə İşçi qrupunun yaradılmasını təklif edib.

Mərasimdə çıxış edən Slovakiya Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü, PhD. Marek Radvanski də öz növbəsində təmsil etdiyi qurumun tarixi, əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələri barədə məlumat verib. O, ölkəsinin Avropa Birliyinin üzvü olduğunu və Azərbaycan ilə Slovakiya alimlərinin Avropa ölkələrinin elmi layihələrində birgə iştirak edə biləcəklərini söyləyib.

Sonra Azərbaycan və Slovakiya Elmlər Akademiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov və Slovakiya Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü Marek Radvanski imzalayıblar.

Qeyd edək ki, mərasimdə AMEA tərəfdən Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov, Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və AMEA-nın akademik-katibinin xidmətində elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Sərxan Xavəri də iştirak ediblər.

science.gov.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi