Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
01.06.2015 / Dissertasiya şurasının iclasları01 iyun 2015-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda Haşemi Mehrdad Mircəlal oğlunun riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Qaz-lift prosesində optimal həllərin qurulması üçün paralel alqoritmlərin işlənməsi” mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.