AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Avstraliyada alkotester əsasında koronavirusu aşkar edə bilən cihaz yaradılıb

04.02.2022 / Maraqlı məlumatlar

Avstraliyalı mütəxəssislər nəfəs verilən zaman çıxan havada koronavirusun olub-olmadığını müəyyən etməyə imkan verən cihaz yaradıblar.

“Examine Holdings” texnoloji şirkətinin mütəxəssisləri adi alkotester əsasında nəfəs verilən zaman qayatarılan havada SARS-CoV-2-nin mövcudluğunu aşkar etməyə imkan verən cihaz yaratmağa nail olublar.

“Bu, istifadəsi çox asan bir cihazdır. Lazım olan tək şey cihazdakı xüsusi dəliyə beş saniyə ərzində nəfəs verməkdir. Tester tənəffüs edilən havanın tərkibində olan maddələrin təhlilini aparacaq və COVID-19 üçün analizin nəticəsini kodlaşdıraraq, QR kodu verəcək”, - deyə Examine Holdingsin direktoru Kolin Hikki bildirib.

O qeyd edib ki, testin cavabını bir neçə dəqiqə sonra, QR kodu müvafiq cihazla oxuyaraq almaq olar.

Cihazın ilkin sınaqları sübut edib ki, onun dəqiqliyi azı 98% təşkil edir və o, koronavirusun mövcudluğunu infeksiyadan dərhal sonra aşkar etməyə qadirdir.

Avstraliyanın Sənaye Naziri Anqus Taylor bildirib ki, hökumət bu şirkətə inkişaf səylərində ehtiyac duyduğu dəstəyi göstərmək üçün səbirsizliklə gözləyir. Federal hakimiyyət orqanları artıq Examine Holdingsə cihazın sınaqdan keçirilməsi və sənaye istehsalının təşkili üçün gələcək işləri maliyyələşdirmək üçün təxminən 464 min ABŞ dolları məbləğində qrant təklif edib.

Şirkət bu ilin martında test cihazının kütləvi istehsalına başlamağa ümid edir ki, 2022-ci il aprelin sonu və ya may ayının əvvəlində açıq satışa çıxsın.

trend.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi