AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Avropa Kosmik Agentliyi Marsdan yeni görüntü paylaşıb

07.02.2022 / Maraqlı məlumatlar

Avropa Kosmik Agentliyi (ESA) “ExoMars” missiyası çərçivəsində kosmosa göndərilən TGO (ESA/Roscosmos ExoMars Trace Gas Orbiter) kosmik aparatının CaSSIS kamerası tərəfindən Marsda, “Acidalia Planitia” şimal düzənliyində çəkilmiş maraqlı bir fotoşəkil paylaşıb.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, fotoşəkil konsentrik halqaları ilə ağac kötüyünü xatırlatsa da, əslində, bu, Marsın buzla zəngin zərbə kraterinin quşbaxışı məsafədən çəkilmiş şəklidir. Ağacın gövdəsindəki konsentrik halqalar Yerin iqliminin keçmişdə necə olması barədə informasiya daşıdığı kimi, kraterin içindəki naxışlar da Marsın iqliminin təfərrüatları haqqında informasiya daşıyır.

Ehtimal olunur ki, kraterin daxili hissəsi su ilə zəngin buz çöküntüləri ilə doludur. Çox güman ki, bu çöküntülər planetin fırlanma oxunun meyli su-buz yataqlarının daha aşağı enlklərdə yaranmasına imkan verdiyi zamanlarda toplanıb qalıb. Marsın da fırlanma oxunun meyilli olması Yerdəki kimi fəsillərin yaranmasına səbəb olur, lakin onun oxunun meyilliliyi uzun zaman periodunda kəskin şəkildə dəyişib.

Krater çöküntülərində diqqət çəkən xüsusiyyətlərdən biri də çatların yarımdairə və çoxbucaqlı  formada olmasıdır. Çox ehtimal ki, mövsümi temperatur dəyişiklikləri səbəbindən buzla zəngin materialın genişlənməsi və sıxılması bu cür çatların formalaşmasına səbəb olub.

Orbital cihaz Marsın ekzotik şəkillərini çəkməklə yanaşı, onun atmosferindəki qazları da təsnifləşdirir, su ilə zəngin regionları tapmaq üçün Mars səthinin xəritələşdirilməsi ilə məşğul olur. Bu, alimlərə Marsda suyun xronologiyasını və bu miqdarın bir vaxtlar Marsda həyatın yaranmasına imkan verib-vermədiyini daha yaxşı anlamağa kömək edəcək.

Qeyd edək ki, ESA-nın “ExoMars” missiyasi çərçivəsində TGO 2016-cı ildə Marsa enib və 2018-ci ildə tam fəaliyyətə başlayıb. O, həmçinin 2023-cü ildə Marsa çatacaq Rosalind Franklin roveri və Kazachok platforması üçün informasiyanın ötürülməsinə xidmət etməlidir. Növbəti rover Marsın bir vaxtlar qədim okeana ev sahibliyi etdiyi düşünülən bölgəni araşdıracaq, yeraltı tədqiqatlar aparacaq və həyat əlamətləri axtaracaq.
science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi