Dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
16.02.2022 / Dissertasiya şurasının iclasları15 fevral 2022-ci il tarixində iddiaçı Quliyev Samir Zakir oğlu tərəfindən 1203.01 – “Kompüter elmləri” ixtisasında Riyaziyyat elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən “Численное решение некоторых классов задач параметрической идентификации и оптимального управления” mövzusundakı dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Dissertasiya işi elmi seminarın qərarı ilə növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilmişdir.
Müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında keçirilib.