AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

9-cu planetin axtarışında: Astronomlar Neptun planetinin arxasında yeni gizli kosmik obyekt aşkar ediblər

18.02.2022 / Maraqlı məlumatlar

Richard Boyle adlı astronom Arizona ştatında yerləşən Vatican Advanced Technology Telescope (VATT) teleskopu vasitəsilə Neptun planetinin arxasında yeni transneptun obyekt aşkar edib. Aşkar edilmiş yeni transneptun obyektə 2021 XD7 adı verilib. Sözügedən obyekt Günəş ətrafında tam dövrü 286 ilə reallaşdırır. Richard Boyle-nin fikrincə həmin obyektin ölçüsü Plutondan daha kiçikdir. Bu yeni kəşf Günəş sistemində hələ aşkar edilməmiş 9-cu planetin kəşf edilməsi yolunda daha bir addım irəliləməyə imkan verir. Alimlər güman edirlər ki, 9-cu planet Günəş sisteminin kənarında yerləşir. İndiyənə kimi aşkar edilmiş 800-dən çox transneptun obyekt siyahısına daxil olan Pluton kimi 2021 XD7 adlı obyekt də Yer kürəsi, Mars və digər planetlərdən fərqli olaraq daha əyilmiş orbitə sahibdir.

    Alimlər ümid edirlər ki, bu yeni transneptun obyekt 9-cu planetin kəşf edilməsində yardımçı olacaq. Astronomların fikirlərinə əsasən Günəş sisteminin uzaq obyektlərinə hələ kəşf edilməmiş 9-cu planetin qravitasiya gücü təsir göstərir. Kaliforniya Texnologiya İnstitutundan olan alimlər güman edirlər ki, həmin planetin ölçüsü Yer kürəsində 4 dəfə, kütləsi isə 10 dəfə daha böyük olmalıdır. Məhz bu cür böyük ölçülər Neptunun arxasındakı obyektlərin uçuş trayektoriyalarına aydınlıq gətirə bilərlər. Güman olunur ki, gizli qalan 9-cu planet nəhəng orbitə sahibdir və nəticədə o, Günəş ətrafında tam dövrü 10.000 və ya 20.000 ilə reallaşdırır.

 

    Keçən il astronomlar bildirmişdilər ki, Günəş sistemində daha bir planet Günəşdən 75 milyard km uzaqlıqda yerləşə bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, Pluton ilə Günəş arasındakı məsafə 4.4-7.4 milyard km təşkil edir. Alimlərin sözlərinə əsasən 9-cu planetin dəqiq yerini təyin etmək üçün daha çox transneptun obyekt kəşf etmək lazımdır. Bu işdə gələn il istifadəyə veriləcək Vera Rubin rəsədxanası yardımçı ola bilər. Əgər 9-cu planet həqiqətən də mövcuddursa, o, çox güman ki, Günəş sisteminin kənar sərhədlərində Koyper qurşağının arxasında yerləşir.

 
 
technote.az
 
Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi