AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yaz fəsli daha tez gələcək: Bunun planet üçün hansı fəsadları ola bilər?

24.02.2022 / Maraqlı məlumatlar

Alimlər ağaclarda ilk yarpaqların nə zaman göründükləri və hər ay ərzində neçə yağışlı günün olduğu üzrə ABŞ-dan, Avropadan və Çindən onilliklərlə yığılmış məlumatları analiz ediblər. Beləliklə onlar təyin ediblər ki, yağışlı günlərin sayı artdıqca Şimal yarımkürəsində yaz fəsli daha tez gəlib. Bu üsulla alimlər hesablayıblar ki, hər onillikdə yaz fəsli 1-2 gün daha tez gəlir. Beləliklə 21-ci əsrin sonuna kimi erkən yaz fəsli indikindən 10 gün daha tez gələcək. Yağışlı günlərin azalması nəticəsində yaz fəslinin daha tez gəlməsinin iki səbəbi var.

Yağış yağan zaman səmanı buludlar örtür. Bu isə o deməkdir ki, yağışlı günlər az olan zaman ağaclar və bitkilər ilin əvvəlində daha çox Günəş işığı əldə edirlər və bu öz növbəsində yarpaqların böyümələrinə səbəb olur.

Yağışlı günlərin sayı nə qədər azdırsa Yer kürəsinə daha çox Günəş işığı ilə istilik daxil olur. Nəticədə gün ərzində temperatur yüksəlir və torpaq ilə havanı qızdırır. Lakin buna baxmayaraq gecələr hava soyuq ola bilər.

Bitkilər erkən yaz fəslinin gəldiyini düşünərək öz yarpaqlarını vaxtından əvvəl açırlar. Lakin daha sonra gecə soyuğu baş verir və bu cür soyuq hava həmin bitkiləri məhv edə bilər. Bundan əlavə olaraq alimlər bildiriblər ki, erkən yaz fəslinin gəlməsi, ağacların erkən yarpaq və gül açmaları həmçinin həşəratlara, quşlara və heyvanlara mənfi təsir göstərə bilər.

Bitkilər, həşəratlar, quşlar və heyvanlar birgə şəkildə elə təkamül prosesindən keçiblər ki, onların inkişaf mərhələləri sinxronlaşdırılıb. Əgər bitki çiçək açırsa, o, həşəratları, həşəratlar quşları cəlb edirlər və bu zəncirvari proses beləliklə davam edir. Əgər bu sistemin komponentlərindən biri öz inkişafına erkən start verirsə, bu, təbiət sinxronlaşdırılmasını pozacaq. Bu isə öz növbəsində müəyyən növ həşəratların, quşların məhv olmalarına gətirib çıxarda bilər.

technote.az

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi