
Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi

24.01.12- ildə Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi Seminarında texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 05.13.01 - "Sistemli analiz, idarəetmə və informasiyanın tətbiqi ixtisası üzrə Kambiz Manouchehr oğlu Majidzadehin "Naməlum sərhədli optimal idarəetmə məsələlərinin tətbiqi” və 05.13.06 - Texnoliji proseslərin və istehsalın avtomatlaşdırılması və idarə olunması ixtisası üzrə Pərviz Sayəddin oğlu Cəfərovun "Qeyri-səlis dinamik obyektlər üçün idarəedicilərin (tənzimləyicilərin) sintezi” mövzusunda yerinə yetirdikləri dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.