AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Ay səthində yarı şəffaf şüşə kürələr aşkar edilib

01.03.2022 / Maraqlı məlumatlar

Çinin Yutu-2 adlı Ay aparatı Yer kürəsinin peykinin səthində qəribə obyektlərin fotolarını çəkib. Söhbət, yarı şəffaf şüşə kürələrdən gedir. Sözügedən şüşə kürələr 186 km-lik diametrə sahib Fon Karman adlı kraterdə aşkar edilib. Tədqiqatçıların sözlərinə əsasən həmin şüşə kürələr böyük ehtimalla güclü zərbə və ya daha öncə olmuş vulkan aktivliyi nəticəsində baş vermiş istilik reaksiyaları səbəbilə yaranıblar. Ay aparatının şüşə materiala rast gəlməsi təəccüblü bir şey deyil. Belə ki, Ayın səthi çoxlu miqdarda şüşə material ilə zəngindi. Lakin aşkar edilmiş bu şüşə kürələr öz ölçüləri və yarı şəffaf olmaları ilə diqqəti cəlb edirlər. Bir qayda olaraq Ay səthində olan şüşə kürələr adətən 1 mm ölçüyə sahib olurlar. Lakin For Karman kraterində aşkar edilmiş kürələrin ölçüləri 1.5-2.5 sm təşkil edir.

Hələ keçən əsr “Apollo” missiyalarından biri çərçivəsində astronavtlar Ay səthindən götürülmüş kiçik şüşə nümunələrini Yer kürəsinə çatdırmışdılar. Lakin həmin nümunələr qara rəngdə idilər. Çox güman ki, Ay səthində olan şüşə kürələr güclü zərbələr nəticəsində baş verən istilik reaksiyaları hesabına yaranırlar. Güclü zərbələr nəticəsində silikatlar maye halına keçid edirlər və kürə formasını əldə edirlər. Zərbə nəticəsində səmaya atılmış kürə formalı maye silikatlar tez bir zamanda soyuyaraq şüşə şəklində Ay səthinə geri dönürlər. Eyni proses vulkan püskürməsi nəticəsində də baş verə bilir. Lakin Ayda artıq uzun müddətdir ki, vulkan aktivliyi müşahidə edilmir. Alimlərin sözlərinə əsasən sözügedən kürələr təqribi olaraq 100.000 il bundan öncə yaranıblar.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi