AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclası ilk dəfə olaraq “Meetadore” milli video konfrans platforması üzərindən baş tutmuşdur

28.02.2022 / Tədbirlər

28 fevral tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) 2022-ci il üzrə Elmi şurası ilk iclası onlayn formatda “Meetadore” platforması üzərindən baş tutmuşdur. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri tam heyətdə iştirak etdilər.

 

İclası institutun baş direktoru, akademik Əli Abbasov açaraq qeyd edib ki, İSİ ilə elmi-texniki əməkdaşlığı olan “SİNAM” himayədarlığı çərçivəsində EMSYS startup şirkətinin yaratdığı “Meetadore” onlayn konfrans platforması müəssisədaxili onlayn və oflayn görüşlərin idarə olunmasında daha çevik və effektiv imkanlar təmin etməsi üçün geniş perspektivlər yaradır. Belə ki, sözügedən platforma video konfrans şəklində danışıqların təmin olunması ilə yanaşı, görüşlərin yaradılması, iştirakçıların əlavə edilməsi, görüşdən sonra videoyazının arxivləşdirilməsi, protokolun hazırlanması proseslərini də özündə əks etdirir. Ə.Abbasov geniş istifadə imkanlarına malik, müasir tələblərə cavab verən Meetadorun Azərbaycanın ilk innovativ virtual platforma olduğunu və növbəti müəssisədaxili onlayn tədbirlərin məhz bu platforma üzərindən keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi. Oflyan formatda istifadə funksionalı görüşlərin təqvimlərə daxil edilməsinə, görüşqabağı məlumatlandırmaya və görüşün protokolunun hazırlanmasına imkan verir. Müasir informasiya təhlükəsizliyi standartlarına əsaslanan sistem əgər tələb olunarsa məlumatların məxfiliyini təmin edir. Azərbaycanın milli onlayn konfrans platforması olan Meetadore ölkədaxili müxtəlif səviyyəli görüşlərin, konfrans və seminarların, mühazirələrin keçirilməsi üçün xarici analoqlara alternativ kimi müəyyən olunmuşdur.

 

Sonra AMEA-nın müxbir üvzü Əminağa Sadıqov çıxış edərək İnstitutun “Kütləvi xidmət və ehtiyatların idarə edilməsi sistemlərinin modelləşdirilməsi” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Ağası Məlikovun və “İnformasiyanın intellektual emalı sistemləri” laboratoriyasının müdiri, r.ü.f.d., dosent Gülçin Abdullayevanın elmi fəaliyyətləri, Azərbaycan elminə bəxş etdikləri mühüm töhfələr haqqında tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verdi. Konfrans iştirakçıları görkəmli alimlərlə bağlı xatirələrini bölüşüb, onlara zəngin elmi yaradıcılıqlarında yeni müvəffəqiyyətlər arzuladılar. Sonra AMEA-nın müxbir üzvü A.Məlikovun 65 və G.Abdullayevanın 75 illik yubileylərinin keçirilməsi haqqında AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edildi. 

 

Daha sonra gündəlikdən irəli gələn cari  məsələlərə baxıldı, müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edildi və AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə veriləcək təkliflər səsə qoyuldu.

 

Sonda İnstitutun baş direktoru, akademik Əli Abbasov iclasa yekun vuraraq qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi üçün müəyyən tapşırıqlarını və tövsiyyələrini səsləndirdi.

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi