“Qlobal Koreya” təqaüd proqramına sənəd qəbulu davam edir
03.03.2022 / Maraqlı məlumatlarKoreya Respublikası tərəfindən 2022-2023-cü tədris ili üzrə elan olunan “Qlobal Koreya” təqaüd proqramına sənəd qəbulu davam edir.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, magistratura, doktorantura, eyni zamanda, tədqiqat üzrə elan olunan proqram müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Proqramda iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları martın 4-dək tələb olunan sənədləri Koreyanın Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIar Təhsil Nazirliyinin saytında verilib.