Havadan su əldə edən texnologiya nümayiş olunub
04.03.2022 / Maraqlı məlumatlarÇin və Səudiyyə Ərəbistanı fizik-alimləri günəş panelləri üçün quru səhra havasından su çıxarmağa imkan verən xüsusi hidrogel örtük yaradıblar.
Mütəxəssislər bu sistemi quraq iqlimi olan bölgələrdə yaşayan insanların su problemini aradan qaldırmaq üçün ucuz vasitə hesab edirlər.
Tədqiqatçılar havadakı sudan istifadə edərək, iki həftə ərzində Səudiyyə Ərəbistanında 60 ispanaq toxumundan 57-ni yetişdirə biliblər.
Ekspertlərin fikrincə, bu sistem səhralarda və ya okean adalarında kiçik təsərrüfatlar yaratmaq üçün faydalı olacaq.