Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
06.04.2010 / Dissertasiya şurasının iclasları06 aprel 2010-cu ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Seminarda Musayev Vüqar Yadulla oğlunun fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün 05.13.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Biometrik eyniləşdirmə sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi" mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.