AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kibertəhlükəsizlik üzrə yeni təhsil resursu istifadəyə verilib

16.03.2022 / Maraqlı məlumatlar

Kibertəhlükəsizlik haqqında məlumatlılığın artırılmasını təmin etmək məqsədilə 1337.edu.az veb-səhifəsi fəaliyyətə başlayıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, resursun yaradılmasında əsas məqsəd müxtəlif yaş qrupundan olan istifadəçilərdə kibertəhlükəsizlik, kibercinayətkarlarla mübarizə haqqında nəzəri bilik və praktik bacarıqların formalaşdırılmasıdır. Eyni zamanda, kibertəhlükəsizlik anlayışının təhsil müəssisələrində genişlənişləndirilməsi məqsədilə layihə çərçivəsində icma tədbirlərinin təşkil olunması və internetdən istifadə üçün sağlam mühitin formalaşdırılması nəzərdə tutulur.

Fərqli yaş qrupuna aid olan hər bir internet istifadəçisi 1337.edu.az veb-səhifəsində qeydiyyatdan keçərək informasiya təhlükəsizliyi sahəsində baş verən yeniliklərlə tanış ola və müxtəlif kateqoriyalar üzrə məlumatları paylaşa bilərlər.

Veb-səhifədə “Müzakirə forumu” bölməsi fəaliyyət göstərir ki, burada kibertəhlükəsizlik üzrə mütəxəssislər tərəfindən informasiya təhlükəsizliyinə aid müntəzəm olaraq bloq postlar yerləşdirilir. Bu hissədə, həmçinin “İnsidentlərin idarə olunması və cavab tədbirləri”, “Nüfuzetmə testləri” və digər mühüm məsələlər müzakirə edilir və həll yolları göstərilir.

Qeyd etmək lazımdır ki, 1337.edu.az resursu Təhsil Nazirliyinin kibertəhlükəsizlik və kibercinayətkarlarla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş “Kibertəhlükəsizlik” təlim layihəsinin uğurlu nəticəsi olaraq yaradılıb və Təhsil sisteminin informasiyalaşdırılması idarəsi tərəfindən dəstəklənir.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi