AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Hubble teleskopu bilinən ulduzlar arasında Yer kürəsindən ən uzaq məsafədə olanı kəşf edib

01.04.2022 / Maraqlı məlumatlar

Məşhur Hubble teleskopunun artıq 32 yaşı olmasına baxmayaraq o, yeni rekorda imza atıb. Belə ki, sözügedən teleskop indiyənə kimi aşkar edilmiş ulduzlar arasında Yer kürəsindən ən uzaq məsafədə yerləşən ulduzu kəşf edib. Məlumata əsasən kəşf edilmiş ulduz kainatın yaranmasının ilk milyard ilində yaranıb. Gözləntilərə əsasən həmin ulduz artıq kosmosa göndərilmiş James Webb teleskopu üçün vacib müşahidə obyektlərindən biri olacaq. Bundan öncəki rekorddan fərqli olaraq aşkar edilmiş yeni ulduz keçmişə doğru böyük bir addımdır.

Belə ki, Hubble tərəfindən daha öncə aşkar edilmiş ən uzaq məsafəli ulduz kainatın yaranmasından 4 milyard il sonra yaranmışdı. Lakin aşkar edilmiş yeni ulduz Yer kürəsindən o dərəcədə uzaq məsafədə yerləşir ki, onun işığı bizə 12.9 milyard il ərzində gəlib çatıb. Başqa sözlə desək, sözügedən ulduzun müşahidəsi ilə alimlər kainatın ən qədim zamanlarına nəzər salırlar. Daha öncə də təqribi olaraq bu cür məsafədə yerləşən obyektlər aşkar edilirdi. Lakin daha öncə aşkar edilmiş obyektlər müşahidə edilən ən qədim qalaktikaların tərkiblərindəki ulduz topaları olublar.

Qeyd etmək lazımdır ki, aşkar edilmiş yeni ən qədim ulduz Earendel adını əldə edib. Earendel ulduzunun ikili ulduz sisteminə aid olub-olmadığı hələ təyin edilməyib. Lakin adətən yüksək kütləli ulduzlar bir qayda olaraq daha kiçik ulduz qonşusuna sahib olurlar. Alimlər güman edirlər ki, sözügedən ulduzun parlaqlığı hələ bir neçə il ərzində yüksək səviyyədə olacaq. Artıq bu il James Webb teleskopu Earendel ulduzunun müşahidəsi ilə məşğul olacaq. Teleskopun infraqırmızı işığa yüksək həssaslığı sayəsində Earendel barəsində daha çox məlumat əldə etmək mümkün olacaq. 

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi