Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
01.04.2022 / Maraqlı məlumatlarXaricdə doktorantura təhsili ilə bağlı 2022-ci il üçün ilk sənəd qəbulunun müddəti uzadılıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu aprelin 15-i saat 23:59-dək davam edəcək.
Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.