AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Bizim kainat genişlənmə nəticəsində parçalana bilərmi?

06.04.2022 / Maraqlı məlumatlar

NASA-nın Nancy Grace Roman adlı yeni kosmik teleskopu kainatın genişlənərək sonda parçalara bölünüb-bölünməyəcəyi sualına cavab verə biləcək. Sözügedən teleskop 2027-ci ildə kosmosa göndəriləcək. Lakin artıq indidən alimlər bu teleskop barəsində vacib sualları verirlər. Yeni teleskop kainatın əsas sirlərinə cavab tapmaqda yardımçı ola biləcəkmi? Kaliforniya Texnologiya İnstitutunun alimi Yun Wang öz yeni tədqiqatında Nancy Grace Roman adlı teleskopun əsas özəllikləri və kainat genişlənməsi barəsində danışıb. Wang-ın sözlərinə əsasən yeni kosmik teleskop uzaq məsafələrdə yerləşən ekzoplanetləri, milyardlarla yaşa sahib ən qədim qalaktikaları və ən əsas kainat genişlənməsinin bütün tarixini araşdıracaq. Bu teleskopun elmi alətləri elə suallara cavab tapa biləcək ki, həmin cavabları hətta mövcud olan müasir teleskoplar belə tapa bilməzlər. “Biz, kainatdakı ilk qalaktikaları öyrənə, kainat xəritəsində qaranlıq materiyanı təyin edə və Süd Yolu qalaktikasına yaxın olan qalaktikaların nələri gizlətdiklərini aşkar edə biləcəyik” - deyə Yun Wang qeyd edib.

Hələ keçən əsrin 20-ci illərində astronomlar təyin etmişdilər ki, kainat genişlənir. Alimlər aşkar etmişdilər ki, bütün qalaktikalar bir-birilərindən uzaqlaşırlar. Bu isə kainatın genişlənməsi səbəbilə baş verir. Kainat genişlənməsini idarə edəcək gücü alimlər qaranlıq enerji adlandırdılar.

 “20-ci əsrin sonuna kimi alimlər düşünürdülər ki, kainat genişlənməsinin sürəti azalır. Lakin 1998-ci ildə məlum oldu ki, onun sürəti əksinə artır. Lakin bu prosesin nəticəsi nə olacaq?” - deyə Wang sual verir. Məhz bunun təyin edilməsi üçün Nancy Grace Roman adlı teleskop istifadəyə veriləcək. Bu teleskop vasitəsilə əldə ediləcək məlumatlar əsasında kainat genişlənməsi sürətinin daha da artıb-artmayacağı və nəticədə kainatın parçalanıb-parçalanmayacağı üzrə olan suallara cavab vermək mümkün olacaq. Aparılmış yeni tədqiqatlara əsasən Nancy Grace Roman teleskopu kainatın 3-6 milyard yaşı olan zaman yaranmış 10 milyon qalaktikanı detallı şəkildə incələyəcək. Bunun sayəsində alimlər kainat strukturunun dəqiq xəritəsini yarada biləcəklər. Bundan əlavə olaraq bu teleskop sayəsində alimlər kainatın 2-3 milyard yaşı olan zaman yaranmış 2 milyon qalaktikaya kimi olan məsafəni dəqiq şəkildə təyin edə biləcəklər.

 “Bu üsul ilə biz, kainat genişlənməsini araşdıra və bu prosesin bütün tarixini anlaya biləcəyik. Nəticədə biz, sonda nəyin baş verəcəyini öyrənəcəyik” - deyə Wang qeyd edib. Kainat genişlənir və bu genişlənmənin sürəti artır. Əslində isə bu, baş verməməlidir. Belə ki, kainatda mövcud olan bütün materiyanın qravitasiyası bu genişlənməyə qarşı tormozlama effektini yaratmalıdır. Bu sürətlənmə isə onu göstərir ki, Albert Eynşteyn-in qravitasiya nəzəriyyəsi doğru deyil. Və ya bu o deməkdir ki, kainata yeni enerji anlayışını daxil etmək lazımdır. Buna misal olaraq qaranlıq enerjini gətirmək olar. “Mən düşünürəm ki, yeni fizikanın gəlişi artıq çox yaxındır. Ya biz, qaranlıq enerjinin məlum olmayan enerji komponenti olduğunu öyrənəcəyik, ya da Eynşteyn-in qravitasiya nəzəriyyəsində dəyişikliklər etməli olacağıq” - deyə Wang əlavə edib.

technote.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi