Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
27.03.2012 / Dissertasiya şurasının iclasları27 mart 2012-ci ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Seminarda İsmayılov İsmayıl Arif oğlunun texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 05.13.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Neft-qaz yataqları məsələləri üçün qərar qəbuletmə inteqrasiyalı ekspert sisteminin işlənməsi" mövzusu və Şahintaş Ali Ahmet oğlunun texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 05.13.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Biopolimerlərlə zəhərlənmələrin diaqnostika və müalicəalqoritmlərin informasiya" mövzusu üzrə dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Sonda hər iki dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılmaları tövsiyə edilib.