Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
13.12.2011 / Dissertasiya şurasının iclasları13 dekabr 2011-ci il tarixində Kibernetika İnstitutunun nəzdindəki Д 01.121 - dissertasiya şurasının elmi seminarı keçirilmişdir.
Elmi şurada iki dissertasiya işi müzakirə olunmuşdur:
1. r.e.d., prof. M.H.Yaqubovun elmi rəhbərliyi ilə Nətavan Şükür qızı Əsədovanın 01.01.09 – "Diskret riyaziyyat və riyazi kibernetika” ixtisası üzrə riyaziyyat elmləri üzrə fəlsəfə doktoru elmi adını almaq üçün yerinə yetirdiyi "Elliptik tənliklə təsvir olunan proseslərdə adi və ümumiləşmiş idarələrin optimallığı şərtləri” mövzusunda dissertasiya işi;
2. t.e.d. A.B.Həsənovun elmi rəhbərliyi ilə Vüsalə Həmzə qızı Babacanovanın 05.13.18 – "Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri” ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru elmi adını almaq üçün yerinə yetirdiyi "Mürəkkəb strukturlu özlü-elastik mühitlərdə dalğa proseslərinin riyazi modelləşdirilməsi” mövzusunda dissertasiya işi.