AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər indiyənə kimi kəşf edilmiş kometlərdən ən böyüyünü təyin ediblər

18.04.2022 / Maraqlı məlumatlar

Hubble kosmik teleskopu Günəş sistemi istiqamətində hərəkət edən kometin buz nüvəsinin fotosunu çəkib. Sözügedən kometin diametri 137 km təşkil edir. Bu göstərici isə onu indiyənə kimi aşkar edilmiş kometlər arasında ən böyüyü edir. “Bu komet Günəş sistemində aşkar edilməsi demək olar qeyri-mümkün olan çox kiçik ölçülü minlərlə digər kometin arasında aysberqin yuxarı hissəsi kimidir. Biz həmişə şübhələnmişik ki, onun ölçüsü çox böyük olmalıdır. Belə ki, o, belə uzaq məsafədə də olduqca parlaq şəkildə qalır. İndi isə biz bunu rəsmi şəkildə təsdiqləyə bilirik” - deyə alimlər qeyd ediblər.

Qeyd etmək lazımdır ki, sözügedən komet ilk dəfə olaraq 2010-cu ildə kəşf edilmişdi. C/2014 UN271 adını əldə etmiş bu komet alimlərin diqqətlərini öz parlaqlığı ilə çəkib. Sözügedən kometin Günəşdən 5 milyard km məsafədə olmasına baxmayaraq öz parlaqlığı hesabına onu müşahidə etmək mümkündür. Bu cür böyük ölçülü kometlər tozdan ibarət örtüyə sahib olurlar və həmin örtük onların nüvələrini əhatə edir. Bu səbəbdən də bu cür kometləri aşkar etmək bir qədər qəlizdir.

Hubble kosmik teleskopu ilə yanaşı bu kometi həmçinin yerüstü teleskoplar da müşahidə ediblər. Onun ölçüləri ilə kütləsi barəsində məlumatları əldə etmək üçün alimlər əldə edilmiş fotoları və radiomaqnit şüalanma məlumatlarını bir araya gətiriblər. Güman olunur ki, kometin nüvəsinin diametri 137 km, kütləsi isə 500 trilyon ton təşkil edir. Alimlər onu da təyin ediblər ki, hal hazırda C/2014 UN271 adlı komet Günəş sistemi istiqamətində saatda 35.000 km sürətlə hərəkət edir. Lakin onların fikirlərinə əsasən komet Günəşə yaxın olmayacaq.

technote.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi