AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

MEK “Elmin dayanıqlı inkişafı” adlı virtual sərgini təqdim edir

21.04.2022 / Maraqlı məlumatlar

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən azərbaycanlı akademiklərin tədqiqatlarını özündə cəmləşdirən kitablardan ibarət “Elmin dayanıqlı inkişafı” adlı virtual sərgi hazırlanıb.

Sərgidə MEK-in fondlarından AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun akademik Ç.M.Çuvarlının 85 illik yubileyinə həsr etdiyi “О судьбе ученого и еще кое о чем другом” (1998) kitabı, A.M.Həşimov, Q.A.Abbasov, Y.N.Həsənov və S.H.Hümbətovun “Qanunverici metrologiyanın əsasları” (2011), Zərifə Əliyevanın biblioqrafiyası (2013), İsa Həbibbəylinin “Ədəbi-tarixi yaddaş və müasirlik” (2007) və “Cəlil Məmmədquluzadə. Cümhuriyyət” (2002), Tofiq Allahverdiyev və İradə Hüseynovanın “Buğdanın quraqlığa davamlılığının fizioloji əsasları” (2022), Dilqəm Tağıyev, Manaf Manafov və Asif Məmmədovun “Kimyada informasiya texnologiyalarının tətbiqi” (2018), R.M.Əliquliyev və Y.N.İmamverdiyevin “Kriptoqrafiya tarixi” (2006), Tərlan Novruzov və Nərgiz Paşayevanın “Antik ədəbiyyat tarixi” (2000), Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” (2007), Gövhər Baxşəliyevanın “Ölməzliyə aparan yol” (1979) və “Məqalələr, məruzələr, müsahibələr...” (2011), Ağamusa Axundovun “Seçilmiş əsərləri” I cild (2018), Arif Paşayev, Hacıağa Quliyev və Surxay Səfərovun “Atmosfer proseslərinin fiziki əsasları” (2007), Akif Əlizadənin “Geologiya İnstitutu Azərbaycanın müstəqilliyinin 20 ili ərzində” (2011) 3 dildə, Zemfira Səfərovanın “Azərbaycanın musiqi elmi. XIII-XX əsrlər” (2006), Nailə Vəlixanlının “Azərbaycan bayraqları” (2000), Kamal Abdullanın “Gizli Dədə Qorqud” (1991), Muxtar Cəfərovun “Səməd Mənsurun poeziyası” (2017), Nərgiz Axundovanın “Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi” (2010) və digər dəyərli nəşrlər təqdim olunur.

Bu kitablar elmin müxtəlif sahələrini əhatə etməklə dəyərli alimlərimizin klassik ədəbiyyat, folklorşünaslıq, elm, incəsənət, tarix və mətbuat dünyası, ekologiya, təbiət elmləri, informasiya texnologiyaları ilə bağlı çoxillik elmi axtarışlarını, tədqiqatlarını əhatə edir.

Kitablar elmi işçilər, tələbələr, eləcə də elmi və ictimai məsələlər ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, virtual ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil olunub.

science.gov.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi