Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi
15.11.2011 / Dissertasiya şurasının iclasları15 noyabr 2011-ci ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Seminarda Qaxramanov Polad Farrux oğlunun riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almaq üçün 05.13.18 – "Riyazi modelləşdirmə, ədədi üsullar və proqramm kompleksləri" ixtisası üzrə yerinə yetirdiyi "İkifazalı sistemlərdə hidrodinamik və istilikkütlə mübadiləli proseslərin riyazi modelləşdirilməsi" mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.