AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Hubble teleskopu güclü kosmik partlayışın nəticələrini əks etdirən fotonu əldə edib

10.05.2022 / Maraqlı məlumatlar

Hubble kosmik teleskopu tərəfindən əldə edilmiş fotoda çox güclü kosmik partlayışın nəticələri əks olunub. Söhbət, supernovanın (digər adı ifrat yeni ulduz) partlayışı nəticəsində qalmış DEM L249 adlı qalıqdan gedir. Astronomların fikirlərinə əsasən bu, la növ supernovanın partlayışı olub. Sözügedən növ supernovanın partlayşı ağ cırtdan ulduzun (soyuyan ulduz) həyat dövrünün son anında baş verir. Ağ cırtdan ulduzların stabil ulduzlar hesab edilmələrinə baxmayaraq, onlar ikili ulduz sistemində yerləşən zaman öz partnyor ulduzunun maddəsini udurlar. Udulan maddə isə müəyyən həddə kimi yığılır və nəticədə la növ supernovanın çox güclü partlayışı baş verir.

Qeyd etmək lazımdır ki, la növ ulduzlar supernovaların alt kateqoriyasına daxil olan ulduzlardır. Bu cür partlayış nəticəsində kosmosa yüksək miqdarda maddə ifraz edilir və nəticədə DEM L249 adlı obyektə bənzər qalıqlar əmələ gəlir. Supernova partlayışı nəticəsində qalmış DEM L249 adlı qalıq Masa adlı bürcdə yerləşir. Sözügedən bürc özündə 24 ədəd ulduzu birləşdirir. Bu bürcün sərhədləri daxilində Süd Yolu qalaktikasının peyki rolunda çıxış edən Böyük Magellan buludu adlı qalaktikanın (cırtdan qalaktika) bir hissəsi yerləşir. Böyük Magellan buludu Süd Yolu qalaktikasından təqribi olaraq 160.000 işıq ili uzaqlığında yerləşir.

Alimlər supernova qalığının fotosunu nəticədə supernovaya çevrilmiş ağ cırtdan ulduzların peykləri rolunda çıxış etmiş partnyor ulduzların axtarışları çərçivəsində əldə ediblər. Bu axtarış prosesi məhz Böyük Magellan buludu qalaktikası üzrə aparılıb. Belə ki, sözügedən qalaktikada ulduzların yaranmaları, təkamülləri və məhv olmalarını müşahidə etmək daha asandır. Alimlərin sözügedən qalaktikya böyük maraq göstərmələrinin səbəbi ondan ibarətdir ki, o, Süd Yolu qalaktikasına nisbətən yaxın məsafədə yerləşir və onun daxilində ulduzalararası toz az miqdardadır. Bu isə öz növbəsində bu qalaktikadakı obyektlərin müşahidələrini sadələşdirir.

technote.az

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi