AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Neuralink-in rəqibi beyin implantlarının ABŞ-da insanlar üzərində testlərinə start verir

10.05.2022 / Maraqlı məlumatlar

Elon Musk-ın Neuralink layihəsinin rəqibi olan Synchron şirkətinin sözlərinə əsasən onun beyin implantına sahib olan şəxslər fikir gücü vasitəsilə kompüteri idarə edə biləcəklər. Şirkətin yeni beyin implantı Stentrode adını əldə edib. Bu implant beyin siqnallarını qəbul edərək onları pasientin döş qəfəsi hissəsində dərinin altına yerləşdirilmiş qəbulediciyə ötürür. Daha sonra beyin siqnalı qəbuledicidən kompüterə ötürülür və nəticədə pasient fikir gücü vasitəsilə kompüteri idarə edə bilir. Şirkət elan edib ki, o öz implantını ABŞ-da insanlar üzərində ilk testlərə start verir. Beləliklə şirkətin Stentrode adlı implantı 6 nəfər iflic pasientə inteqrasiya ediləcək. Synchron əmindir ki, onun beyin implantı vasitəsilə iflic şəxslər fikir gücü vasitəsilə kompüteri idarə edərək digər şəxslərə mətnli mesajlar, elektron məktublar göndərə və hətta internetdə alış-veriş edə biləcəklər. Stentrode adlı beyin implantı nitinol adlı ərintidən hazırlanmış çərçivəyə sahibdir. Bu, titan və nikel ərintisidir.

Beyin implantının sahib olduğu çərçivə isə öz növbəsində beynin neyron siqnallarını qəbul edə bilən elektrodlarla təchiz olunub. Sözügedən implant beyindəki motor qabığının (ixtiyari hərəkətlərin planlaşdırılması, idarəsi və həyata keçirilməsindən cavabdeh olan hissə) altında yerləşən qan damarına inteqrasiya edilə bilər. İmplantın yerləşdirilməsi üçün pasientin boyun hissəsində kiçik kəsik reallaşdırmaq lazımdır. Sözügedən əməliyyat ürək damarına stentin yerləşdirilməsi əməliyyatına bənzəyir. Beləliklə implant qan damarına yerləşdiriləndən sonra elektrodlar damarın divarlarına sıxılırlar və beyindən gələn neyron siqnallarını qəbul etməyə başlayırlar. Qəbul edilən bu siqnallar daha sonra pasientin döş qəfəsi hissəsində dərisinin altına yerləşdirilmiş qəbuledici cihaza ötürülür.

Sonda isə həmin qəbuledici cihaz beyin siqnallarının kompüterə ötürülməsini reallaşdırır. Bu üsul ilə pasient kompüter ekranında əks olunan virtual klaviaturanı və ya mouse işarəsini idarə edə bilər. Qeyd etmək lazımdır ki, bu, Stentrode implantının dünyadakı ilk testləri olmayacaq. Sadəcə olaraq implant ABŞ-da ilk dəfə test olunacaq. Daha öncə sözügedən implant Avstraliyadan olan 4 nəfər pasient üzərində test olunub. Həmin testlər nəticəsində məlum olub ki, bu texnologiya təhlükəsizdir və onun əks təsirləri yoxdur. Və ən əsası da odur ki, beyin implantını əldə etmiş şəxslər həqiqətən də fikir gücü vasitəsilə kompüteri idarə edə biliblər. Synchron beyin implantlarını insanlar üzərində test edən ilk şirkətdir. Onun rəqibi olan Neuralink isə öz testlərini hələ ki, heyvanlar üzərində reallaşdırıb.

technote.az

Tweet
ELANLAR
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
  • 03.12.2025
    “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri” adlı Beynəlxalq Simpozium keçiriləcək
  • 27.11.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi