AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Dünya okeanı iqlim dəyişiklikləri səbəbilə öz 'yaddaşını' itirir

11.05.2022 / Maraqlı məlumatlar

Dünya okeanı iqlim dəyişiklikləri səbəbilə dəyişir. Belə ki, okeanların temperaturlarında, strukturlarında, axınlarında və hətta rənglərində anomal hadisələr müşahidə edilir. Stabil okean mühiti daha gözlənilməz və qeyri-stabil olmağa başlayır. Alimlərin sözlərinə əsasən bu, dünya okeanının öz “yaddaşını” itirməsinə bənzəyir. “Dünya okeanının yaddaşı dedikdə sularda olan dəyişməz şərtləri qəbul etmək lazımdır. Söyləmək olar ki, okeanlar proqnozlaşdırıla bilən mühitə sahib idilər. Yəni okeanlarda baş verən hər bir şeyi öncədən proqnozlaşdırmaq mümkün di. Buna misal olaraq səthi temperatur səviyyəsini gətirmək olar. Lakin yaxın onilliklər ərzində dünya okeanı iqlim dəyişiklikləri səbəbilə dəyişəcək və daha çox gözlənilməz mühitə sahib olacaq” - deyə Farollon İnstitutunun mütəxəssisi Hui Shi qeyd edib. Tədqiqat çərçivəsində alimlər dünya okeanının səthi və 50 metr dərinliyə kimi uzanan alt layı temperaturlarını analiz ediblər.

Dünya okeanının alt layı əsasən stabil temperatur göstəricisinə sahibdir və okeanlar üzərində olan hava temperaturundan fərqli olaraq daha az dəyişikliyə məruz qalır. Okeanların gələcəkdəki vəziyyətləri üzrə kompüter modelləşdirilməsinə əsaslanmış yeni tədqiqata əsasən dünya okeanının yuxarı laylarında olan temperatur göstəricisi dəyişəcək və bu, sözün əsl mənasında ciddi dəyişiklik ola bilər. “Bu halda okeanın yaddaşı dedikdə onun gələcəkdə qoruyub saxlayacağı şərtləri xatırlaması nəzərdə tutulur. Lakin yaxın onilliklərdə bu, baş verməyəcək” - deyə Hui Shi qeyd edib. Alimlərin fikirlərinə əsasən okeanların yuxarı laylarında su qarışımı səviyyəsi artır və bu da öz növbəsində okeanların daha çox temperatur dəyişikliklərinə məruz qalacaqlarına gətirib çıxardacaq.

Bu cür vəziyyətin okeanlarda yaşayan canlılara necə təsir edəcəyi barəsində hələ dəqiq bir məlumat yoxdur. Tədqiqatçılar əmindirlər ki, sözügedən vəziyyət dəqiq şəkildə həmin canlılara necəsə təsir göstərəcək. Lakin buna baxmayaraq okeanlarda yaşayan canlılardan bəziləri çox güman ki, yeni vəziyyətə adaptasiya ola biləcəklər. “Okean mühitində şərtlərin dəyişməsi baş verəcək növbəti dəyişikliklərin öncədən proqnozlaşdırılması imkanına təhlükə yaradır. Məsələn bu bizim, mussonları və okeanlarla bağlı olan digər hava hadisələrini proqnozlaşdırmaq bacarığımızın effektivliyini aşağı salır” - deyə mütəxəssis əlavə edib. Alimlərin sözlərinə əsasən Yer kürəsində baş verən iqlim dəyişiklikləri səbəbilə gələcəkdə insanlar üçün təhlükəli olacaq daha ekstremal hava hadisələri baş verəcək. Lakin okean öz “yaddaşını” tamamilə itirsə, həmin hadisələri proqnozlaşdırmaq mümkün olmayacaq.

technote.az

Tweet
ELANLAR
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
  • 06.03.2026
    07–08 may 2026-cı il tarixlərində “Magistrantların XV Regional konfransı” keçiriləcək
  • 05.03.2026
    “8 Mart” Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi