AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Arif Həşimov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin həqiqi və müxbir üzvləri ilə görüşüb

16.05.2022 / Mühüm xəbərlər

Mayın 12-də AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin həqiqi və müxbir üzvləri ilə görüşüb.

Görüş Akademiyanın 27 aprel 2022-ci il tarixli Ümumi yığıncağının davamı olaraq baş tutub.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov açaraq bundan öncə bir sıra bölmələrin üzvləri ilə görüşlərin keçirildiyini və Akademiyanın gələcək inkişafına təkan verə biləcək təkliflərin səsləndirildiyini söyləyib. Ümumi yığıncağın davamı olaraq keçirilən görüşün önəminə toxunan akademik təkliflərin ümumiləşdirilərək yekunda qərar layihəsinə salınacağını diqqətə çatdırıb.

AMEA rəhbəri bölmə üzvlərini Akademiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə hədəflənmiş görüşdə aktiv olmağa çağırıb, mövcud imkanlar çərçivəsində görülə biləcək işlərə dair təkliflərini dinləməyə hazır olduğunu deyib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev qeyd edib ki, görüşün keçirilməsində məqsəd AMEA-nın fəaliyyətinin təkmilləşdirilməsi, islahatlarla bağlı təkliflərin dinlənilməsi və gələcək yol xəritəsinin müəyyənləşdirilməsidir. O bildirib ki, AMEA-nın Ümumi yığıncağına qədər də akademik Arif Həşimovun iştirakı ilə elmi müəssisə və təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirilib, obyektiv problemlər, büdcədənkənar gəlirlərin artırılması, innovativ fəaliyyətin genişləndirilməsi və s. istiqamətlərdə geniş müzakirələr aparılıb.

Akademik Rasim Əliquliyev görüşün əhəmiyyətli olduğunu və demokratik prinsiplər əsasında təşkil edildiyini bildirib, səsləndiriləcək və yazılı şəkildə veriləcək istənilən fərdi və kollektiv təkliflərin toplanılaraq ətraflı şəkildə təhlil edildikdən sonra Rəyasət Heyətinə təqdim olunacağını vurğulayıb.

Bu gün Milli Elmlər Akademiyasının fəaliyyətindəki mövcud problemlərə toxunan akademik Rasim Əliquliyev ilk növbədə problemin elmin idarəetməsinin təşkilindən və koordinasiyasından qaynaqlandığını, kadr məsələsində də ciddi problemlərin yarandığını deyib, xüsusilə Rəyasət Heyəti aparatında işçilərin say həddinin çox olduğunu bildirib. O, ümumilikdə Rəyasət Heyəti aparatının strukturunda problemlərin mövcudluğunu qeyd edib və işçilərin attestasiyasının ilk olaraq Rəyasət Heyəti aparatından başlanılmalı olduğunu vurğulayıb.

Bundan əlavə, gələcəkdə elmi müəssisə və təşkilatların baş direktorları vəzifəsinə təyinatın elmi ictimaiyyətin müzakirəsi əsasında və etimadı doğrultmuş şəxslərdən seçilməsini təklif edib.

Həmçinin elmə dövlət sifarişinin verilməsinin milli intellektual potensiala dəstək olacağını, nəticədə bu istiqamətdə respublikamızın xaricdən asılılığını azaldacağını deyib. O, dövlət müəssisələrinin elmə olan tələbatının müəyyənləşdirilməsi və təşkili mexanizmi məqsədilə normativ hüquqi sənədə ehtiyac olduğunu vurğulayıb.

Tədbirdə daha sonra çıxış edən akademiklər Cavad Abdinov, Nazim Məmmədov, Əli Abbasov, Adil Qəribov, Fikrət Əliyev, AMEA-nın müxbir üzvləri Misir Mərdanov, Oktay Qasımov, İslam Mustafayev, Vəli Hüseynov, Namiq Cəlilov, Afiq Həsənov və Ramiz Alıquliyev mövcud problemlərə toxunub, AMEA-nın fəaliyyətinin təkmilləşdirilməsi və s. ilə bağlı təkliflərini səsləndiriblər.

Sonda çıxış edən akademik Arif Həşimov səsləndirilən təkliflərə münasibətini bildirib, verilən təkliflərin Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi