
Dissertasiya şurasının növbəti elmi seminarı keçirildi

16 aprel 2013-cu ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Seminarda Mütəllimov Mütəllim Mirzəəhməd oğlunun texnika üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Multi-servisli xidmət şəbəkələrinin modellərinin analizi və optimallaşdırılması üsulları mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.