
İdarəetmə Sistemləri İnstitutunda ixtisas və fərq doktorluq imtahanlarının qəbulu başa çatmışdır
20.05.2022 / Mühüm xəbərlər
AМЕА-nın prezidenti v.i.e. akademik Arif Həşimovun 5 aprel 2022-ci il tarixli 100 №-li “Yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına uyğun olaraq İdarəetmə Sistemləri İnstitutunda (İSİ) cari ilin yay imtahan sessiyasında ixtisas və fərq doktorluq imtahanlarının qəbulu məqsədilə AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun, professor Knyaz Məmmədovun və professor Ramin Rzayevin sədrliyilə Qəbul Komissiyaları yaradılmışdır.
17, 18 və 19 may 2022-ci il tarixlərinə təyin olunmuş imtahanlarda müvafiq olaraq 1203.01 – “Kompüter elmləri” ixtisasından doktorluq imtahanlarında riyaziyyat istiqaməti üzrə 1, texnika istiqaməti üzrə 3, “Texnikanın əsasları” ümumelmi fənni üzrə fərq imtahanında 4 iddiaçı iştirak etmişdir.
İmtahanlarda Komissiya üzvləri ilə yanaşı AMEA Rəyasət Heyəti Aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri, b.ü.f.d., dos. Tubuxanım Qasımzadə və sektorun əməkdaşları Gülcahan Abdullayeva, Sevinc Əliyeva, həmçinin institutun Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva iştirak etmişdir.


