AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

James Webb kosmik teleskopu Günəş sistemindəki obyektlərin detallı müşahidəsini reallaşdıracaq

23.05.2022 / Maraqlı məlumatlar

James Webb kosmik teleskopu kainatın yaranmasından sonrakı ilk mərhələlərlə yanaşı bizim Günəş sistemimizi də detallı şəkildə müşahidə edə biləcək. Sözügedən teleskop nisbətən yaxın məsafədə yerləşən və sürətlə hərəkət edən obyektləri detallı şəkildə analiz etməyi bacarır. Alimlər artıq uzun zamandır ki, James Webb teleskopu vasitəsilə bizim Günəş sistemimizdəki planetləri, onların peyklərini, asteroidləri və kometləri müşahidə etməyi planlaşdırırlar. Teleskopun çalışacağı ilk il ərzində Günəş sistemindəki obyektlərin müşahidə edilməsinə 7% zaman ayrılacaq. Teleskop öz infraqırmızı kameraları və 2 ədəd spektrometri vasitəsilə Saturn halqalarını, Yupiterin peyklərini, Uran və Neptun planetlərini və digər obyektləri müşahidə edəcək. Məsələn astronomları ən çox maraqlandıran müşahidələrdən biri də Yupiterin peyki olan Avropanın səthindəki buzlaqların alt hissəsində yerləşən okean ilə bağlıdır.

James Webb teleskopu isə öz spektrometrləri vasitəsilə Avropadakı buz örtüyündə olan çatlardan çıxan qazları analiz edə biləcək. Hal hazırda James Webb teleskopu öz elmi alətlərinin yoxlanılması mərhələsindən keçir. Söhbət, 2 ədəd spektrometrdən və 2 ədəd infraqırmızı kameradan gedir. Teleskopun güzgüsü və optik sistemi tamamilə fokuslanmış vəziyyətdədirlər. Onun elmi işlərinə iyun ayının sonunda və ya iyul ayında start verilməlidir. Teleskopun çalışacağı ilk il üçün nəzərdə tutulmuş elmi tapşırıqlar artıq təyin olunub. İlkin mərhələdə James Webb bizə yaxın olan qalaktikaları və qalaktik obyektləri müşahidə edəcək. Onu da qeyd etmək lazımdır ki, James Webb ilk ulduzlar ilə qalaktikaların yarandıqları zamana nəzər yetirmək imkanına sahibdir. İnsanlar indiyənə kimi bu qədər uzaq keçmişə nəzər yetirmək imkanına sahib olmayıblar.

technote.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
  • 03.12.2025
    “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri” adlı Beynəlxalq Simpozium keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi