AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Almaz yağışlarının yağdıqları planet: Alimlər Neptun planetinin maraqlı özəlliklərindən danışıblar

26.05.2022 / Maraqlı məlumatlar

Neptun planeti Urandan sonra Günəş sisteminin ikinci buz nəhəngidir. O, Yer kürəsindən fərqli olaraq Günəşdən 30 dəfə daha uzaq məsafədə yerləşir. Neptun Günəş ətrafında tam dövrü 165 ilə reallaşdırır. Bu soyuq nəhəng planet öz oxu ətrafında daha tez fırlanır. Buna görə də Neptunda 1 sutka 16 saat təşkil edir. Bəs Neptunun hansı digər özəllikləri var və bu planet nə ilə diqqəti cəlb edir? Neptun 1846-cı ildə Johann Galle adlı alman astronom tərəfindən kəşf edilib. Astronom öz həmkarları ilə birlikdə reallaşdırmış olduğu hesablamalar nəticəsində belə qənaətə gəlmişdi ki, Uranın qravitasiyasına hansısa kosmik obyekt təsir göstərir. Məhz bundan sonra alimlər ilk dəfə Neptunu teleskop vasitəsilə müşahidə edə bildilər. NASA-dan olan alimlər bildiriblər ki, tarixi qeydlərə əsasən Neptun astronomlar tərəfindən hələ 1612-ci ildə müşahidə edilib. Lakin həmin vaxtda onlar bu kosmik obyekti planet kimi qəbul etməmişdilər. Planet Qədim Romanın dəniz tanrısı şərəfinə adlandırılıb.

Qeyd etmək lazımdır ki, Neptun mavi rəngə sahibdir. Bunun səbəbi isə onun atmosferində çoxlu miqdarda metanın olması ilə bağlıdır.

Neptuna kimi gedib çatmış yeganə kosmik aparat hələ ki, Voyager-2 hesab edilir. Belə ki, Voyager-2 bu planetin maksimal dərəcədə yaxınlığından keçib və onun ilk bir neçə fotosunu çəkə bilib. Neptun Günəş sistemində hələ ki, kəşf edilmiş son planetdir. Belə ki, 2006-cı ildə Pluton planet statusundan məhrum olmuş və cırtdan planetlər siyahısına daxil edilmişdi. Lakin buna bamayaraq alimlər Günəş sistemində 9-cu planetin axtar;şı ilə məşğuldurlar. Güman olunur ki, həmin planet Günəş sisteminin kənar hissəsində yerləşir. Neptun ilə Yer kürəsi arasındakı məsafə 4.7 milyard km təşkil edir. Voyager-2 aparatı bu məsafəni 12 ilə qətt etmişdi. Lakin o, saatda 68.000 km sürətlə hərəkət edirdi. Bu isə idarə olunan müasir kosmik gəmilərin sürətlərindən qat-qat yüksəkdir. Alimlər hesab edirlər ki, Neptun atmosferində temperatur -225 dərəcə Selsi təşkil edir. Neptunun Urandan daha uzaq məsafədə yerləşməsinə baxmayaraq bu iki planet təqribi olaraq eyni temperatura sahibdir. Bundan əlavə olaraq məlumdur ki, Yupiter və Saturn kimi Neptun da Günəşdən udulan enerjidən qat-qat daha çox istiliyi kosmosa ifraz edir.

Onu da qeyd etmək lazımdır ki, Günəş sisteminin ən güclü küləkləri məhz Neptunda əsirlər. Belə ki, Neptundakı küləklərin sürətləri saatda 1931 km-ə çata bilirlər.

Bu planetdə bir mövsum isə 40 il ərzində davam edir. Neptunun tərkibi su, ammonyak və metandan ibarətdir. Alimlər adətən bu molekulları buz adlandırırlar. Buna görə də Neptun buz nəhəngi hesab edilir. Sözügedən planet sərt səthə sahib olmasa da, onun Yer kürəsi kimi sərt nüvəsi mövcuddur. Uranda olduğu kimi Neptunda da almaz yağışları yağır. Belə ki, sözügedən planetlər Yer kürəsindəki təzyiqdən 200.000 dəfə daha yüksək təzyiqə sahibdirlər. Nəticədə metan karbonun ifrazı ilə parçalanır və daha sonra həmin karbon uzun zəncirlərdə qruplaşaraq almaza bənzər kristallik qəfəslər yaradırlar. Neptun 14 ədəd peykdən əlavə olaraq minimum 5 ədəd halqaya da sahibdir. Lakin Saturn halqalarından fərqli olaraq Neptunun sahib olduğu halqalar tam aydın şəkildə görünmürlər. Planetin ən böyük peyki Tritondur. Alimlərin fikirlərinə əsasən Triton milyardlarla il bundan öncə Neptunun qravitasiyası tərəfindən Koyper qurşağından cəlb edilib.

technote.az

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi