
Dissertasiya şurasının elmi seminarının iclası keçirilmişdir

12 yanvar 2010-cu ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Seminarda Davudova Rəvanə İskəndər qızının fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün 05.13.18 – "Riyazi modelləşdirmə, ədədi üsullar və proqramm kompleksləri" ixtisası üzrə yerinə yetirdiyi "Obyektlərin optimal təsnifatı alqoritmləri və proqram kompleksininin işlənməsi" mövzusu və İmanova Mehriban Natiq qızının fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün 01.01.07 – "Hesablama Riyaziyyatı" ixtisası üzrə yerinə yetirdiyi "Volter tipli inteqro-diferensial tənlik üçün Koşi məsələsinin ədədi həllinə çoxaddımlı üsulunun tətqiqi" mövzusu üzrə dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Sonda hər iki dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılmaları tövsiyə edilib.